"Azərpoçt"da yoxa çıxan 1000 manatdan baha dəyərdə yeni Apple Watch 7...
DİA.AZ: - "2022 Noyabr tarixində 1 saylı Azərpoçtda, Apple Watch 7 saatını US-ə (ABŞ) göndərmək üçün poçtun əməkdaşı İlhamə xanıma təhvil verdim və qiymətli olduğunu bildirdim". DİA.AZ bildirir ki, bunları "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında narazı vətəndaş ifadə edir.
Daha sonra narazı vətəndaş yazır (mətn olduğu kimi verilir -dia.az): "Hər hansı qiymət siyahisi olmadığı üçün şifahi məlumat verdi və sadəcə çatdırılma tarixinə və izlənməsinə görə qiymət dəyişirmiş. Yani kargomu izləyəbilmək üçün də əlavə ödəniş etdim. Ama nə izləyə bildim nə məhsuldan xəbər aldım, zəng etdiyimdə də 1 ay gözləyin sonra əlaqə saxlayın dedilər.
Qısacası nə məhsuldan xəbər oldu, nə düzgün məlumat verən oldu. Ən son idarə heyyətinin rəhbərilə əlaqə saxladım, bir neçə ay sonra məhsulun itdiyini dedilər. Məhsulun itməsi ya mənimsənilməsi də ayrı bir sualdır təbiki, özlərinə də dedim. Mənə isə siz sığortasız göndərmisiz günah özünüzdədir dedilər halbuki sığorta haqqında məlumat belə verməmişdilər bir neçə dəfə soruşmağıma rəğmən. Uzun müddət zənglərdən sonra (6-7 ay sonra) cəmi 128Azn kompensasiya ödəndi ödədiyim məbləğlə birlikdə. Məhsul ilə bağlı isə biri başqa gömrükdə, başqası isə tam ayrı gömrükdə itdiyini deyir, qısacası yoxa çıxmasına belə inanmıram".
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...